"Tələbələr öz mediasını yaradır" layihəsi
Layihə kimlərə ünvanlanıb?
- Əgər sən Gəncə Dövlət Universitetinin, Mingəçevir Dövlət Universitetinin və ya Lənkəran Dövlət Universitetinin II-III kurs tələbəsisənsə;
- Tələbələri düşündürən mövzuların mediada daha yaxşı əks olunmasına maraqlısansa;
- Məqalə yazmaq, fotoreportaj hazırlamaq, video çəkmək, infografik hazırlamağa həvəslisənsə
O ZAMAN BİZİM LAYİHƏYƏ QOŞUL!
Təlimlər:
1. Oktyabr ayında öz şəhərinizdə üç günlük təlim vaxtı Almaniyadan olan təlimçilər və digər tələbələrlə birgə 3 günlük təlimdə öz mövzularını işləyib hazırlayırsan.
- Gəncə 11-13 Oktyabr
- Mingəçevir 15-17 Oktyabr
- Lənkəran 19-21 Oktyabr
2. 01-04 noyabr tarixlərində 4 günlük onlayn səfərdə Almaniya ali məktəblərində tələbə həyatının təşkili, tələbə qurumları, onların mediası ilə birinci əldən tanış olursan.
3. Noyabrın 22-26 tarixlərində Bakıda digər regionlarda olan tələbələrdə birlikdə 5 günlük tədbirdə Sosial Media menecmenti, redaksiya menecmentinin əsasları ilə tanış olursan və birlikdə onlayn tələbə mediası yaradırsan. Eyni vaxtda Bakıdakı media qurumlarına ekskursiyalarda iştirak edirsən.
Xərclər: İştirak ödənişsizdir, Bakı səfərinin bütün xərcləri (yol, gecələmək, qidalanma) layihə tərəfindən qarşılanır.
Qeyd: Təşiklatçılar təlimlər vaxtı Covid-19 ilə bağlı təhlükəsizlik tədbirləri görəcək. Təlimlərin keçirilməsi üçün karantin qaydalarına riayət etmək şərtdir.
Sualların varsa, bizə yaza bilərsən: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Müraciət üçün son tarix 04.10.2021
İştirak üçün bu müraciət formasını doldurmaq xahiş olunur:
Tədbir Almaniya Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı Layihəsi çərçivəsində maliyyələşdirilir.