Mingəçevir Dövlət Universitetinin

“Dayanıqlı İnkişaf” dövri elmi jurnalında

çap olunan məqalələrə qoyulan

TƏLƏBLƏR

 

1. Məqalə Azərbaycan, türk, ingilis və ya rus dillərindən birində yazılmaqla jurnalın profilinə uyğun olmalıdır.

2. Məqalə A4 formatında, Times New Roman 12 şrifti ilə, sətirlərarası məsafə 1 interval olmaqla, soldan 30 mm, sağdan 20 mm, yuxarıdan 20 mm və aşağıdan 20 mm məsafə saxlamaqla yazılmalıdır.

3. Məqalənin həcmi cədvəl, qrafik, diaqram, şəkil və əlavələr də daxil olmaqla 8 səhifədən artıq olmamalıdır.

4. Məqalə aşağıdakı qaydada strukturlaşdırılmalıdır:

- sol küncdə məqalənin UOT üzrə indeksi göstərilməlidir;

- məqalənin adı ortada yazılmalıdır;

- məqalənin adından sonra bir sətir buraxılmaqla sağ küncdə tam şəkildə müəllif(lər)in soyadı, adı və atasının adı, onların elmi dərəcəsi və elmi adı, vəzifəsi, çalışdığı təşkilat (müəssisə), elektron poçt ünvanı, iş və mobil telefon nömrəsi göstərilməlidir;

- bir sətir buraxılmaqla 3 dildə açar sözlər (20 sözdən artıq olmamaqla) qeyd edilməlidir;

- məqalədə elmi mənbələrə istinadlar olmalıdır. Məqalənin əsas mətnindən sonunda bir sətir buraxılmaqla verilən ədəbiyyat siya­hısı ya əlifba ardıcıllığı ilə, ya da istinad olunan ədəbiyyatın mətndə rast gəlindiyi ardıcıllıqla nöm­rə­lən­məlidir. Mətndə istinadlar kvadrat mötərizədə işarə olunmalıdır (məsələn, [1] və ya [1, s. 119]);

- mənbə kimi son 10 ildə işlənmiş elmi əsərlərə (məqalə, dissertasiya, monoqrafiya və s.) istinadlara üstünlük verilməlidir. İstinad olunan mənbənin biblioqrafik təsviri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələblərinə uyğun olmalıdır;

- ədəbiyyat siyahısından sonra bir sətir buraxılmaqla 3 dildə xülasə (hər biri 200 sözdən artıq olmamaqla) verilməlidir, xülasələr arasında bir sətir buraxılmalıdır;

- sətirbaşları Word proqramının abzas altproqramı ilə yerinə yetirilməlidir. Freyma (mətn ilə çərçivə) qoyulmasına yol verilmir;

- düstur və işarələr “Equation 3.0” redaktorunda yığılmalıdır;

- qrafik və diaqramlar Excel proqramında qurulmalıdır, bununla bağlı ədədi məlumatlar faylın özündə saxlanılmalıdır. Qrafik xüsusi proqramda işlənmişdirsə, o halda vektor formatında (*.pdf, *.eps, *.ai, *.cdr) yaddaşda saxlanılmalıdır.

5. Məqalə unikal olmalı və əvvəllər hər hansı jurnal­ və ya məcmuələrdə dərc edilməməlidir. Məqalənin unikallığı StrikePlagiarism (www.strikeplagiarism.com) antiplagiat proqramı ilə yoxlanılır (OƏ1 50%-dən, OƏ2 5%-dən artıq olmamalıdır). Yoxlamanın hesabatı məqalə ilə birlikdə təqdim edilir.

6. Redaksiya məqalədə düzəlişlər və ixtisarlar aparılmasını zəruri bildiyi halda müəllif(lər)ə müraciət edə bilər. Müəllif(lər) redaksiya ilə razılaşmadıqda məqalənin çap olunmasından imtina edilə bilər.

7. Redaksiyanın poçt ünvanı: AZ4500, Azərbaycan Respublikası, Mingəçevir ş., Dilarə Əliyeva 21, Mingəçevir Dövlət Universiteti.

Redaksiyanın elektron poçt ünvanı: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Jurnalın internet saytı: https://scientific.mdu.edu.az

Əlaqə telefonu: (02427) 5 23 75