Pedaqogİka və psİxologİya kafedrası

1. Kafedranın yaranması və fəaliyyət dövrü

Kafedra Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı yarandığı ilk gündən filialın “Pedaqogika və ictimai fənlər” kafedrası kimi fəaliyyət göstərib. 2012-ci ildə kafedranın adı dəyişilərək “İctimai və təbiət fənləri” kafedrası adlandırıldı.

Ölkəmizin, o cümlədən regionun pedaqoji kadr potensialına olan tələbatı nəzərə alaraq kafedranın tərkibində 050118 “İbtidai sinif müəllimliyi” və 050120 “Məktəbəqədər təlim və tərbiyə”  ixtisasları fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 24 iyul 2015-ci il tarixdə imzaladığı sərəncama əsasən Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 24.07.2015-ci il tarixli müvafiq sərəncamı ilə isə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılıb. Buna uyğun olaraq, yenidən formalaşan “Pedaqogika və ictimai fənlər” kafedrası, universitetin rektorunun müvafiq əmri ilə fəaliyyətini bərpa edib. 2016-cı ilin sentyabr ayından kafedra yenidən formalaşıb və “Pedaqogika və psixologiya“ kafedrası adlandırılıb.

Universitet yarandıqdan sonra kafedraya t.f.d. Zeynalov Nizami Dilənçi oğlu rəhbərlik edib. 2017-ci ildən isə kafedranın müdiri p.f.d., dosent Məmmədov Sahib Əmirxan oğludur.

Hazırda kafedrada 2 nəfər dosent, 1 nəfər fəlsəfə doktoru, baş müəllim, 3 nəfər baş müəllim və 6 nəfər müəllim, 1 laborant çalışır. Kafedranın müəllimlərindən 3 nəfəri AMEA-nın müxtəlif institutlarında dissertant kimi elmi-tədqiqat işlərini davam etdirirlər.

Kafedrada 2016-2020-ci illər üçün iki istiqamət üzrə - “Pedaqoji kadr hazırlığının aktual məsələləri” və “Azərbaycan dövlətçilik tarixi: varislik və müasirlik” elmi-tədqiqat işinin problemlərinin araşdırılmasına başlanılıb.

 

2. Rəhbərlik (kafedra müdiri haqqında qısa məlumat)

Məmmədov Sahib Əmirxan oğlu 03 yanvar 1960-cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olub. 1977-ci ildə Mingəçevir şəhər 3 saylı orta məktəbi bitirib. 1977-79-cu illərdə Mingəçevir Yol maşınları zavodunda fəhlə işləyib. 1979-cu ildə M.F.Axundov ad. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. 1984-cu ildə institutu bitirərək təyinatla Yevlax rayonu Gülövşə kənd orta məktəbinə göndərilib və ixtisası üzrə pedaqoji fəaliyyətə başlayıb. 1984-92-ci illərdə kənd məktəbində işlədiyi müddətdə baş müəllim və metodist müəllim adlarına layiq görülüb.

1992-ci ilin yanavar ayında Mingəçevir şəhər Təhsil şöbəsində metodist, iyun ayında isə 15 saylı tam orta məktəbə direktor vəzifəsinə işləyib. 2008-ci ildə məktəbin bazasında Texniki Humanitar lisey yaradılmış və S.Məmmədov liseyə direktor təyin edilib.

S.Məmmədov elmi işini müdafiə etmiş və Azərbaycan Respublikası Prezidenti yanında AAK qərarı ilə ona pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi verilmişdir

Pedaqoji fəaliyyətində əldə etdiyi uğurlara görə S.Məmmədova 2007-ci ildə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı verilmişdir.

2013-cü ilin fevral ayında isə Sahib Məmmədov Mingəçevir şəhər Təhsil şöbəsinə müdir vəzifəsinə təyin edilməklə irəli çəkilib.  

2017-ci ilin sentyabr ayından Mingəçevir Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının müdiri vəzifəsinə təyin edilib.

 

3. İxtisas haqqında 

050118 “İbtidai sinif müəllimliyi” və 050120 “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə (əlavə və dəyişikliklər nəzərə alınmaqla) təsdiq edilib. Əyani formada təhsil proqramının mənimsənilməsi normativi 4 ildir. Məzuna verilən ibtidai sinif müəllimliyi və məktəbəqədər təlim və tərbiyə ixtisas dərəcəsi bakalavriat ali təhsilin birinci pilləsidir. Kafedra bakalavr səviyyəsi üzrə 2, magistr təhsil pilləsi üzrə isə 1 ixtisas üzrə 060115 “İbtidai sinif müəllimliyi” mütəxəssis hazırlamağa başlayıb.

 

4. Tədris olunan fənlər

s/s

Bakalavriat üzrə:

1

Azərbaycanda məktəb və pedaqoji fikir tarixi

2

Pedaqogika

3

Psixologiya

4

İbtidai təhsilin kurikulumu

5

İbtidai təhsilin pedaqogikası

6

İnklüziv təhsil

7

Sosial pedaqogika

8

Tərbiyə işinin metodikası

9

Defektologiya və loqopediyanın əsasları

10

Müəllim və tərbiyəçinin pedaqoji ustalığı

11

Etnopedaqogika

12

Ümumi pedaqogika

13

Məktəbəqədər təhsil müəssisələrinə rəhbərlik

14

Ailədə milli tərbiyə məsələləri

15

Pedaqoji psixologiya

16

Məktəbəqədər pedaqogika

17

Məktəbəqədər yaşlı uşaqların sosial-mənəvi inkişafı

18

Müasir pedaqoji texnologiyalar

19

Məktəb təliminə hazırlığın əsasları

20

Məktəbəqədər pedaqogika tarixi

21

Məktəbəqədər təhsildə müasir pedaqoji texnologiyalar və innovasiyalar

22

Musiqi və onun tədrisi metodikası

23

Təsviri incəsənət və onun tədrisi metodikası

24

Uşaq anatomiyası, fiziologiyası və gigiyenası

25

Uşaq anatomiyası və fiziologiyasının əsasları

26

Pediatriya və gigiyenanın əsasları

27

Uşaq psixologiyası

Magistratura üzrə:

1

Psixologiya

2

Müasir pedaqoji texnologiyalar

3

İbtidai təhsil pedaqogikasının müasir problemləri

4

Elmi tədqiqat işlərinin metod və metodologiyası

5

Sosial pedaqogika

6

Tərbiyə işinin metodikası

7

Ali məktəb pedaqogikası

8

İbtidai təhsil pedaqogikasının tarixi və metodologiyası

9

Azərbaycan təhsil tarixi

 

5. Çap olunmuş vəsaitlər haqqında (dərslik, dərs vəsaiti)

1. Əliyev S.H. Pedaqoji təmayüllü ali məktəblərdə ictimai fənlərin əlaqəli tədrisinin imkanları və yolları. Monoqrafiya. Bakı , 2015. 182 səh.

2. Seyidzadə B.M. Sinif müəlliminin tərbiyəedicilik işi. Metodik tövsiyyə. Bakı, 2007. səh. 26.

3. Seyidzadə B.M. Kiçikyaşlı məktəblilərdə şəxsiyyətin formalaşmasının elmi-pedaqoji əsasları. Metodik vəsait. Bakı, 2006. səh. 33.

4. Seyidzadə B.M. Abbas Səhhətin uşaq əsərlərində tərbiyə məsələləri. Metodik vəsait. Bakı, 2006. 22 səh.

5. Seyidzadə B.M. İbtidai sinif şagirdlərinin tərbiyyəsində oyunların rolu. Metodik tövsiyyə. Bakı, 2004. 32 səh.  

 

6. Kafedra əməkdaşları haqqında məlumat

1

Məmmədov Sahib Əmirxan oğlu

p.f.d., dos., əməkdar müəllim, Kafedra müdiri

2

Seyidzadə Bəsti Məhəmməd qızı

p.f.d., dosent

3

Əliyev Sahib Hümmət oğlu

p.f.d., baş müəllim

4

Quliyeva Səbinə Mürsəl qızı

baş müəllim, Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin  direktoru

5

İsmayılova İlhamə Şubay qızı

baş müəllim

6

Cabbarova Könül Hidayət qızı

baş müəllim

7

Verdiyeva Ülviyyə Məhəmmədəli qızı

müəllim

8

Həsənova Nərgiz Nazim qızı

müəllim

9

Səmədova Sevinc Raqub qızı

müəllim

10

İsmayılova Ayşən Fəxrəddin qızı

müəllim

11

Kərimova Ülviyyə Məsim qızı

müəllim

12

Rəhimov Firdovsi Əziz oğlu

müəllim

13

İsmayılova Aygün İslam qızı

laborant