İNFORMASİYA TEXNOLOGİYALARI MƏRKƏZİ

 

MDU-nun İnformasiya Texnologiyaları Mərkəzi 10 sentyabr 2015-ci ildə Mingəçevir Politexnik İnstitutunun Kompüter Tədris Mərkəzinin (2000-ci il) bazası əsasında yaradılmışdır. Hazırda İnformasiya Texnologiyaları Mərkəzinin 6 nəfərdən ibarət əməkdaşı var.

Xəlilov Elnur Oktay oğlu – direktor

Abdullayev Əli Cəfər oğlu – İKT üzrə texnik

Cəfərli Nərmin Abdulla qızı – operator

Hüseynov Xəyal Yusif oğlu - operator

Həsənov Balabəy Samir oğlu - operator

Nəcəfli Pərvanə Ətraf qızı – operator

Mərkəzin rəhbəri: Xəlilov Elnur Oktay oğlu

İnformasiya texnologiyaları mərkəzi aşağıdakı şöbələrdən ibarətdir:

- elmi və tədris işlərinin kompüterləşməsi;

- sistem proqramlaşdırılması və avtomatik idarəetmə sistemləri;

- internet və şəbəkə texnologiyaları;

- kompüterlərin texniki təminatı.

Hazırda 10 elmi-tədris auditoriyasını (kompüter auditoriya - hər auditoriyada 10 və daha çox kompüter olmaqla) və 2 imtahan zallarını özündə birləşdirən İnformasiya Texnologiyaları Mərkəzi ən müasir kompüter avadanlıqları və proqram vasitələri ilə təchiz olunmuşdur. Hər bir fakültənin kompüter auditoriyasında lokal şəbəkə yaradılmış və həmin kompüterlərin MDU-nun ümumuniversitet lokal şəbəkəsi vasitəsi ilə internetə çıxışı təmin olunmuşdur.

Universitetdə fakültə dekanlıqlarını, kafedralarını, laboratoriyalarını, bütün struktur və şöbələri özündə birləşdirən lokal şəbəkə fəaliyyət göstərir. 

ƏLAQƏ:

Əsas bina, D.Əliyeva küç., 22

Tel.: (+99424) 274-35-87

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.