İnnovativ Biznes İnkubasiya (İBİ) mərkəzi

Mingəçevir Dövlət Universitetində tələbələrin yaradıcılığı və təşəbbüslərinin stimullaşdırılması, eləcə də Startap layihələrə dəstək məqsədilə İnnovativ Biznes İnkubasiya (İBİ) mərkəzi 2016-cı il aprel ayının 7-də Nəqliyyat Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin yaxından dəstəyi və şəxsən iştirakı ilə açılmışdır. Elə həmin ildə Nazirliyin nəzdində fəaliyyət göstərən İnformasiya texnologiyalarının inkişafının dövlət fondunun maliyyələşdirdiyi 4-cü qrant müsabiqəsində Mingəçevir Dövlət Universitetindən verilmiş 4 Startap layihə qalib elan olunmuş və fond tərəfindən maliyyələşdirilmişdir. Bu layihələr “İntellektual MultiBələdçi” (Layihə rəhbəri tex.f.d. Əhmədov M.Z.), “Öyrən, tətbiq et, qazan” (layihə rəhbəri Allahverdiyev E.F.), “Əl işlərinin ticarəti” (layihə rəhbəri Əhmədov K.F.) və “EnjoyMingo” (Layihə rəhbəri Qazızadə R.A) startap layihələridir. Bu layihələr turizm sektorunda, interaktiv lövhələrin istifadəsi ilə bağlı tədris prosesində, internet şəbəkəsində əl işlərinin ticarəti sahəsində və əyləncə sahəsində bir sıra əhəmiyyətli yeniliklər etməklə İKT sahəsində bir sıra nailiyyətlərə imza atmışlar. İnnovativ biznes inkubasiya mərkəzi MDU-nun 2-ci korpusunda, 2-ci mərtəbədə yerləşir. 5 oktyabr 2017-ci ildə MDU-nun akt zalında İnnovativ Biznes İnkubasiya mərkəzinin 4-cü qarant müsabiqəsində qalib elan olunmuş Startap layihələrin yerinə yetirilməsinə həsr olunmuş konfrans keçirilmişdir.

İnnovativ Biznes İnkubasiya mərkəzinin rəhbəri

Möhübbət Əhmədov

II korpus, otaq 208

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

fax: +994 24 275 32 72