İnformasİya texnologİyaları kafedrası

 

1. Kafedranın yaranması və fəaliyyət dövrü

Kafedra Mingəçevir Politexnik İnstitutunun 04.05.2001-ci il 24/1 saylı əmri ilə “Ali riyaziyyat və AİS” kafedrası bazasında “İnformasiya işlənməsi və AİS” adı ilə yaradılmışdır. Kafedraya yeni ixtisasların təhkim edilməsi ilə bağlı olaraq 2006-cı ildə adı dəyişdirilərək “Avtomatlaşdırma və informasiya texnikası” olmuş, 2010-cu ildə yenidən dəyişdirilərək “İnformasiya texnologiyaları və sistemləri” adlandırılmışdır. 050632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə tədris aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 24.07.2015-ci il tarixli müvafiq sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılmışdır. Yenidən formalaşan “İnformasiya texnologiyaları və sistemləri” kafedrası, universitetin rektorunun müvafiq əmri ilə fəaliyyətini bərpa etmişdir.

2001-2008-ci illərdə kafedraya fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Sərdarlı Sadəddin Mürsəl oğlu, 2008-2017-ci illərdə tex.f.d., dosent İsrafilova Elmira Nəriman qızı rəhbərlik etmişdir. 2017-ci ildə kafedra Riyaziyyat kafedrası ilə birləşsə də 2018-ci ildən yenidən “İnformasiya texnologiyaları” adı altında bərpa edilmişdir. Hazırda kafedraya tex.f.d. Mustafayeva Aidə Mübariz qızı rəhbərlik edir.

Kafedra fəaliyyətə başladığı dövrdən müəllimlərinin təkmilləşdirilməsi və elmi potensialının yüksəldilməsi məqsədilə digər qabaqcıl ali məktəblərin kafedraları ilə əməkdaşlıq edir.

Kafedranın professor-müəllim heyəti hər il respublikada və respublikadan kənarda keçirilən konfranslarda müxtəlif mövzularda elmi-məqalə və tezislərlə iştirak edirlər.

İxtisasda tədris edilən fənlər üzrə tədris proqramı tərtib edilir və Elmi Şurada təsdiq edildikdən sonra istifadəyə verilir. Fənlər üzrə dərs vəsaitləri və dərsliklər hazırlanır, fənlərin tədrisində müasir ədəbiyyat və texniki yeniliklərdən istifadə edilir.

Hazırda kafedra bakalavr səviyyəsi üzrə 050655 “İnformasiya texnologiyaları” və magistr səviyyəsi üzrə 060632 “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığını həyata keçirir.

Kafedrada 2016-2020-ci illər üçün “İnformasiya prosesləri, texnologiyaları, sistemlər və şəbəkələr, qeyri-səlis sistemlər” elmi-tədqiqat işinin problemlərinin araşdırılması planlaşdırılmışdır.

 

2. Rəhbərlik (kafedra müdiri haqqında qısa məlumat)

Mustafayeva Aidə Mübariz qızı 10 aprel 1981-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. 1987-1997-ci illərdə Mingəçevir şəhər R.Qəhrəmanov ad. 14 saylı orta məktəbdə təhsil almışdır.

1999-cu ildə Mingəçevir Politexnik İnstitutuna “İqtisadiyyat və idarəetmə” fakültəsinin “İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri” ixtisası üzrə bakalavr səviyyəsinə daxil olub, 2003-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il “İnformasiyanın işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri” ixtisası üzrə magistraturaya daxil olub və 2005-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

Həmin ildə Mingəçevir Politexnik İnstitutunun Komputer Tədris Mərkəzinə böyük laborant vəzifəsinə təyin edilmiş və 2006-cı ildə müsabiqə yolu ilə “Avtomatlaşdırma və informasiya texnikası” kafedrasına, daha sonra 2007-ci ildə İnformasiya texnologiyaları və sistemləri kafedrasının müəllimi vəzifəsinə seçilmişdir.

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutuna (Kibernetika İnstitutu) 3338.01 “Sistemli analiz, informasiyanın işlənməsi və idarə edilməsi” ixtisası üzrə doktorantura şöbəsinə daxil olmuşdur.

2017-ci il dekabr ayında Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun nəzdində fəaliyyət göstərən D01.121 Dissertasiya şurasında t.e.d., professor, S.M.Сəfərovun rəhbərliyi altında “Qeyri-səlis xaotik dinamik obyektlərdə idarəetmənin sintezi və təhlili” mövzusunda dissertasiya işini müdafiə etmişdir.

Dissertasiya mövzusu üzrə aparılan tədqiqatlar nəticəsində 25 iş nəşr edilmişdir, o cümlədən, 2-si xarici ölkələrin nüfuzlu elmi (SCOPS, РИНЦ) jurnallarında, 6-sı Respublika daxilindəki jurnallarda, 6-sı Beynəlxalq və 11-i Respublika Elmi Konfrans materiallarında çap olunmuş məqalə və tezislərdir.

2018-ci ildə Mingəçevir Dövlət Universitetinin “İnformasiya texnologiyaları” kafedrasının müdiri vəzifəsinə təyin olunub.

A.M.Mustafayeva dərc olunmuş 26 elmi və metodiki işlərin müəllifidir.

Ailəlidir. 2 övladı var.

 

3. İxtisas haqqında 

Hazırda kafedra bakalavr səviyyəsi üzrə 050655 “İnformasiya texnologiyaları” və magistr səviyyəsi üzrə 060632 “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığını davam etdirir.

Hər iki ixtisas ən perspektiv ixtisaslardan biridir. İnformasiya sistemləri – informasiyanın toplanması, ötürülməsi, emalı, saxlanması və yığılması sistemlərinin yaradılması və tətbiqinə yönələn insan fəaliyyətinin üsul və vəsitələr toplusunu daxil edən elm və texnikanın bir sahəsidir.

Bakalavrların problem fəaliyyətləri sahələri aşağıdakılardır: informasiya prosesləri və texnologiyaları, sistem və şəbəkələr, onların proqram, texniki və təşkilati təminatı, insan fəaliyyətinin müxtəlif sahələrində informasiya sistemlərinin layihələndirilməsi, sazlanması, istehsal və istismarının üsul və vasitələri.

Hər iki ixtisas üzrə təhsilini bitirmiş mütəxəssis informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istismarı tələb olunan yerlərdə işləyə bilərlər. 060632 “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə magistraturanı bitirən məzunlar isə elmi-tədqiqat işlərini və doktorantura pilləsində təhsillərini davam etdirə bilərlər.

 

4. Tədris olunan fənlər

Bakalavriat səviyyəsi üzrə:

1

Kompüter proqramlaşdırılmasının elementləri

2

İnformasiya texnologiyalarına giriş

3

Kompüterlərin arxitekturası

4

Əməliyyat sistemləri

5

Verilənlərin strukturu və alqoritimlər

6

Verilənlər bazasının əsasları

7

İnformasiya sistemləri

8

İnternet texnologiyaları

9

Elektronikanın əsasları

10

Multimedia texnologiyaları

11

İnformasiya təhlükəsizliyi texnologiyaları

12

Obyekt-yönlü proqramlaşdırma

13

İnsan-maşın interfeysləri

14

Kompüter şəbəkələrinə giriş

15

Sistem mühəndisliyi

16

Korporativ informasiya sistemləri

17

Hesablama təcrübələri

18

Sistemli analiz və kompüterdə modelləşdirmə

19

İdarəetmədə informasiya texnologiyaları

20

Sistem proqramlaşdirması və əməliyyat sistemləri

21

İntellektual sistemlər

22

Qərar qəbuletmənin əsasları

23

Cografi informasiya sistemləri

24

Paylanmış sistemlər

25

İnformatika və ekoloji proseslərin kompüter analizi

26

İnformatikanın əsasları

27

Texniki informatika

28

Elektronikanın əsasları

29

Kommunikasiya və Bussistemin əsasları

30

Proqramlaşdırılan məntiqi kontrollerlər

31

İnformatika

32

İqtisadi informatika

33

İnformasiya kommunikasiya texnologiyaları

34

Turizmdə informasiya texnologiyaları

35

İnformatika - 1, 2

36

Alqoritmlər nəzəriyyəsi

37

Kompüter şəbəkələri, internet və multimedia vasitələri

38

Əməliyyat sistemləri və kompüterlərin arxitekturası

39

İnformatika və təhsildə İKT

40

Təhsildə İKT

Magistratura səviyyəsi üzrə:

1

İnformasiya texnologiyalarının müasir problemləri

2

İnformasiya texnologiyalarının tarixi və metodologiyası

3

Elmi tədqiqatların proqram təminatı

4

Matlabdan istifadə etməklə tətbiqi məsələlərin həlli

5

Obyekt-yönlü proqramlaşdırma

6

İnformasiya emalı sistemlərinin riyazi modelləri

7

İdarəetmə sistemləri və vasitələrinin avtomatlaşdırılmış layihələndirilməsi

8

Müasir idarəetmə nəzəriyyəsi

9

Verilənlərin paylanmış emalı

10

Ekspert sistemləri

11

Verilənlərin təhlilinin müasir texnologiyaları

12

İnformatikanın tədrisinin aktual problemləri

13

İnformatikanın tədrisinin tarixi və metodologiyası

14

Proqramlaşdırma dilləri

15

Əməliyyatlar sistemi və onların tədrisi

16

Tədris tətbiqi və öyrədici proqram paketləri

17

İnformatika fənninin kurikulumuna dair bəzi məsələlər

18

İnformasiyanın qorunmasının metodoloji əsasları

19

İnformatika kursunun tədrisində əməliyyat sisteminin tətbiqi metodikası

 

5. Çap olunmuş vəsaitlər haqqında (dərslik, dərs vəsaiti)

1. Alışov M.Ə., Əliyeva A.Ə., Xəlilov M.S. MS Office. Dərs vəsaiti. Bakı, 2017. səh. 155.

2. Xəlilov E.O. Sistemli analiz və kompüterdə modelləşdirmə fənni üzrə laboratoriya işlərinin yerinə yetirilməsinə dair metodik vəsait. (Proqram təminatı – ABB ROBOTSTUDİO).

3. Seyidov M.İ., Sərdarlı S.M., Məmmədov K.A., Xəlilov E.O. Excel və MathCAD vasitəsi ilə tənliklər və tənliklərin həlli (dərs vəsaiti), 2007.

4. İsrafilova E.N., Əliyev Ə.Ə. Kompüter şəbəkələri (metodik vəsait), 2008.

5. İsrafilova E.N. Verilənlərin emalının paylanmış sistemləri (metodik vəsait), 2009.

6. İsrafilova E.N., Həsənova N.Ə. İnformasiya texnologiyaları və sistemləri (dərs vəsaiti), 2014.

 

6. Kafedra əməkdaşları haqqında məlumat

1

Mustafayeva Aidə Mübariz qızı

tex.f.d., Kafedra müdiri

2

İsrafilova Elmira Nəriman qızı

tex.f.d., dosent

3

Əliyeva Almaz Əli qızı

tex.f.d., dosent

4

Əhmədov Möhübbət Zaməddin oğlu

tex.f.d., baş müəllim, İnnovativ Biznes İnkubasiya (İBİ) mərkəzinin direktoru

5

Paşayev Mürsəl Əbil oğlu

baş müəllim

6

Xəlilov Elnur Oktay oğlu

baş müəllim, İnformasiya texnologiyaları mərkəzinin direktoru

7

Əmiraslanova Rəsmiyyə İsrail qızı

baş müəllim

8

Əliyeva Zemfira Əəhməd qızı

baş müəllim

9

Abdurrahmanova Asudə Məmmədəli qızı

müəllim

10

Əliyev Bəxtiyar Səttar oğlu

müəllim

11

Əlizadə Ceyhun Bəşir oğlu

müəllim

12

Aslanova Səadət Rəfayıl qızı

müəllim

13

Nəsirova Şəbnəm Sadıq qızı

müəllim

14

Əhmədova Nərmin Kamil qızı

müəllim

15

Baxşıyeva Günel Səfər qızı

müəllim

16

Nuriyeva Validə Aydın qızı

laborant

17

İslamova Dinarə Şirin qızı

laborant