RİYAZİYYAT KAFEDRASI

1. Kafedranın yaranması və fəaliyyət dövrü

Kafedra “Ali riyaziyyat” kafedrası kimi Mingəçevir Politexnik İnstitutunda 1991-95-ci tədris ilinə qədər qeyri-ixtisas kafedrası kimi fəaliyyət göstərmiş 1995-96-cı tədris ilindən isə ixtisas kafedrası kimi fəaliyyətini davam etdirmişdir. Belə ki, həmin tədris ilindən kafedraya İİ 02.15 “İqtisadi informasiya və avtomatik idarəetmə sistemləri” ixtisası verilmiş və ona görə də institutda “İqtisadiyyat və idarəetmə” və “Elektroenergetika və mexanika” fakültələrini əhatə edən 8 ixtisas üzrə keçirilən və aşağıda adları qeyd  olunan, “İqtisadi informasiya və AİS” ixtisası üzrə bütün ixtisas fənləri daxil olmaqla 31 fənn tədris olunmuşdur.

Fəaliyyəti dövründə kafedrada 2 dosent, 2 f.r.e.n., baş müəllim, 3 baş müəllim, 5 assistent, 2 müəllim və 1 laboratoriya müdiri olmaqla 15 əməkdaş olmuşdur.

Kafedra yarandığı gündən kafedra müdiri f.r.e.n., dosent  S.M.Sərdarlı olmuşdur. 1996-2002-ci tədris illərində kafedraya  f.r.e.n. Q.T.Kələşov rəhbərlik etmişdir. 2002-2003-cü tədris ilindən isə kafedraya f.r.e.n. dosent S.M.Mustafayev rəhbərlik edir.

2001-2002-ci tədris ilindən kafedra “Riyaziyyat və informatika” adı altında fəaliyyət göstərmiş və kafedra üzrə 13 nəfər müəllim: onlardan 2 nəfər dosent, 2 nəfər f.r.e.n., baş müəllim, 4 nəfər baş müəllim, 4 nəfər müəllim, 1 nəfər baş laborant vəzifəsində çalışmış və “Riyaziyyat”, “Tətbiqi riyaziyyat”, “Elementar riyaziyyat ”, “İnformatika” fənləri tədris olunmuşdur.

2002-2003-cü tədris ilindən kafedrada 10 nəfər müəllim, 1 nəfər baş laborant fəaliyyətə başlamışdır. Onlardan 2 nəfər dosent, 2 nəfər f.r.e.n. baş müəllim, 3 nəfər baş müəllim, 3 nəfər müəllim, 1 nəfər baş laborant vəzifəsində çalışmışdır.

2004-2005-ci tədris ilindən etibarən “Riyaziyyat və informatika” kafedrası ixtisas kafedrası kimi fəaliyyət göstərirmişdir. Kafedraya TE100200 “İnformatika” ixtisası verilmiş, ona görə də kafedra yenidən ixtisas kafedrası kimi fəaliyyət göstərməyə başlamışdır.

2010-2011-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali ixtisas təhsilinin Dövlət standartına uyğun olaraq ixtisasın (proqramın) sifri və adı: 050509 Kompüter elmləri” olduğuna görə kafedranın adı “Riyaziyyat və kompüter elmləri” adlandırılmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1059 saylı 11.09.2008-ci il tarixli əmri ilə müvəqqəti əsasnaməyə uyğun olaraq 2011-2012-ci tədris ilindən kafedrada tədris kredit sistemilə aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaradılması ilə əlaqədar olaraq, yenidən formalaşan “Riyaziyyat və kompyuter elmləri”, sonradan isə “Riyaziyyat” kafedrası kimi, universitetin rektorunun müvafiq əmri ilə “Pedaqoji” fakültənin tərkibində fəaliyyətini davam etdirir.

Kafedranın fəaliyyəti dövründə elmi-tədqiqat işlərini müdafiə edərək 2 nəfər fizika-riyaziyyat elmləri namizədi (Q.T.Kələşov, S.M.Mustafayev), 2 nəfər texnika üzrə fəlsəfə doktoru (A.Ə.Əliyeva, A.M.İsmayılova), 1 nəfər riyaziyyat üzrə fəlsəfə doktoru (M.F.İsmayılova) alimlik dərəcəsi adını almışdır.

Universitetin rektorunun müvafiq əmri ilə 2016-cı ilən etibarən “İnformasiya texnologiyaları” kafedrası ilə birləşərək “Riyaziyyat” kafedrası özündə aşağıdakı ixtisaslarla əhatə olunmuşdur:

-   Kompüter elmləri

-   Riyaziyyat və informatika müəllimliyi

-   Riyaziyyat müəllimliyi

-   İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

-   İnformasiya texnologiyaları

2018-ci ilin sentyabr ayından universitetin rektorunun müvafiq əmri ilə “Riyaziyyat” kafedrasının tərkibindən “İnformasiya texnologiyaları” ixtisası ayrılmış və yeni kafedra kimi fəaliyyətə başlamışdır.

Kafedra hazırda özündə aşağıdakı ixtisaslarla əhatə olunmuşdur:

Bakalavr səviyyəsi üzrə:

050106 Riyaziyyat müəllimliyi

050105 Riyaziyyat və informatika müəllimliyi

Magistr səviyyəsi üzrə:

060105 Riyaziyyat müəllimliyi

060113 İnformatika müəllimliyi

Hazırda kafedrada 19 professor-müəllim və 2 laborant fəaliyyət göstərir. Onlardan 7 nəfər dosent, 6 nəfər baş müəllim, 4 nəfər  müəllim və 2 nəfər laborantdır. Kafedrada hazırda bakalavr səviyyəsi üzrə 25, magistratura səviyyəsi üzrə 18 fənn tədris olunur.

Kafedrada 2016-2020-ci illər üçün “Praktik hesablama (məsələlərinin), iqtisadi (məsələlərin) eləcədə təqribi hesablama üsullarının riyazi modellərinin müəssisə, idarə, təşkilat və digər obyektlər üçün proqram təminatının işlənməsi” elmi-tədqiqat işinin problemlərinin araşdırılması planlaşdırılmışdır.

2. Rəhbərlik (kafedra müdiri haqqında qısa məlumat) 

Mustafayev Sahib Mustafa oğlu 1974-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnistitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetini) Riyaziyyat fakültəsinin “Riyaziyyat müəllimi” ixtisasını bitirmişdir. İnstitutu bitirdikdən sonra 1974-1991-ci illərdə Yevlax rayonunun ümumtəhsil məktəblərində riyaziyyat müəllimi, sonra işgüzarlığına görə irəli çəkilərək məktəb direktoru vəzifəsində işləmişdir.

S.M.Mustafayev 1991-ci ildən etibarən Azərbaycan Neft-Kimya İnstitutunun Mingəçevir filialının İdeologiya və tərbiyə işləri üzrə direktor müavini, ümumi işlər üzrə prorektor vəzifəsinə təyin edilmişdir.

1992-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin dissertantı olmuş, 1998-ci ildə “Helmholts tənliyi üçün qeyri-lokal sərhəd şərtli bir məsələnin həlli” mövzusunda dissertasiyasını müdafə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

Elmi-pedaqoji stajı 44 ildir. 18 dərc olunmuş elmi-tədris işlərinin və 3 dərs vəsaitinin müəllifidir.

2005-ci ildən kafedranın dosentidir. S.M.Mustafayev 2002-ci ilin dekabrından hal-hazıra kimi  kafedraya  rəhbərlik  edir.

3. İxtisas haqqında

Kafedranın ilk ixtisası 050509 “Kompyuter elmləri” Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə təsdiq edilmişdir. Əyani formada təhsil proqramının mənimsənilməsinə normativ  müddəti 4 ildir. Məzuna verilən ixtisas dərəcəsi  “Kompyuter elmləri” bakalavrı bakalavriat ali təhsilin birinci pilləsidir. Bakalavr fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisas üzrə magistraturada təhsil almağa hazırlanır. Bakalavrın peşə fəaliyyətinin əsas sahələri kimi, mülkiyyət formasından və tabeliyindən  asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s., eyni zamanda mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi-pedaqöji fəaliyyət sahələri istisna olmaqla) işləyə bilər.

Bakalavr Azərbaycan tarixində müxtəlif dövrlərdə baş verən hadisələri, onların başvermə səbələrini, ictimai və siyasi hadisələrin gedişini, tarixi şəxsləri və onların fəaliyyətini bilməli, keçmişə aid olan bütün hadisələrə öz münasibətini bildirməyi, tarixdə baş verən qlobal hadisələr və dəyişiklikləri təhlil etməyi bacarmalıdır. Bakalavr öz əməyini eyni əsaslarda təşkil etməyi, peşə fəaliyyəti dairəsində məlumatların toplanması, emalı və saxlanmasında kompyuter metodlarından istifadə etməyi bacarmalıdır. 

Hazırda kafedranın tabeliyində bakalavr səviyyəsi üzrə 050105 “Riyaziyyat və informatika müəllimliyi” və 050106 “Riyaziyyat müəllimliyi” ixtisasları fəaliyyət göstərir.

Kafedrada bakalavr səviyyəsi ilə yanaşı 2016/2017-ci tədris ilindən magistr səviyyəsində 060105 “Riyaziyyat müəllimliyi” və 060113 “İnformatika müəllimliyi”, ixtisasları üzrə Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş qeyd olunan ixtisaslar fəaliyyət göstərir.

4. Tədris olunan fənlər

s/s

Bakalavr səviyyəsi üzrə:

1

Riyaziyyat - 1, 2, 3

2

Ali riyaziyyat - 1, 2

3

Riyazi analiz - 1, 2, 3, 4

4

Əməliyyatların tədqiqi

5

Cəbr - 1, 2, 3

6

Həndəsə - 1, 2, 3

7

Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi

8

İnformasiya texnologiyalarının riyazi elementləri

9

Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları - 1, 2, 3

10

Riyaziyyatın tədrisi metodikası

11

Əsas həndəsi anlayışlar

12

Xətti cəbr və riyazi analiz

13

Ehtimal nəzəriyyəsi və riyazi statistika

14

Ehtimal nəzəriyyəsi və riyazi statistikanın əsasları

15

Elementar riyaziyyat - 1, 2

16

Riyaziyyatdan çətinlik dərəcəsi yüksək olan məsələlərin həlli

17

Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası

18

Sadə riyazi təsəvvürlərin formalaşdırılması kursunun nəzəri əsasları

19

Çoxluqlar nəzəriyyəsi və məntiq elementləri

20

Riyaziyyatın təlimində inkişafetdirici çalışmalardan istifadə yolları

21

Müstəvi üzərində həndəsi çevirmələr və onların tətbiqləri

22

Hesablama riyaziyyatı

23

Riyazi məntiq

24

Adi diferensial tənliklər

25

Riyazi fizika tənlikləri

Magistratura səviyyəsi üzrə:

1

Məktəb riyaziyyat kursunda triqonometrik tənliklər və bərabərsizliklərin həlli metodikası

2

Məktəb riyaziyyat kursunun elmi əsasları

3

Məktəb riyaziyyat kursunda tənlik və bərabərsizliklərin öyrənilməsi

4

Riyaziyyatın tədrisi metodikasının tarixi və metodologiyası

5

İnformatikanın tədrisi metodikasının elmi əsasları

6

İnformatika dərsliklərinin və proqramlarının formalaşdırılması metodikası

7

Məktəb riyaziyyat kursunda riyazi strukturun elementlərinin tədrisi metodikası

8

Kompyuter riyaziyyatının tədrisi metodikası

9

Riyaziyyat təliminin pedaqoji və psixoloji əsasları

10

Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin tədrisi metodikası

11

Məktəb riyaziyyatı məsələlərinin həlli metodikası

12

Riyaziyyatın tədrisi metodikasının müasir problemləri

13

Riyaziyyatın tədrisində yaradıcı təfəkkürün formalaşdırılması

14

Həcmlərin öyrənilməsi metodikası

15

Müqayisə nəzəriyyəsinin elementləri və onların tətbiqləri

16

Riyaziyyatın ibtidai kursunun nəzəri əsaslarının aktual problemləri

17

Məsələ həllinin metodiki problemləri

18

Riyaziyyatın ibtidai kursunun tədrisi metodikasının aktual problemləri

5. Çap olunmuş vəsaitlər haqqında (dərslik, dərs vəsaiti)

  1. “Ali riyaziyyatdan çalışmalar” Dərs vəsaiti (Kələşov Q.T., Mustafayev S.M., Sərdarlı S.M., Rəsulov M.B., Hümbətov M.M., Məmmədov M.N.,Əhmədov V.U., Fərəcova L.Ə.)
  2. “Diferensial tənliklər” dərs vəsaiti (Kələşov Q.T., Mustafayev S.M., Rəsulov M.B., Məmmədov M.N., İsmayılova M.F.)
  3. “Birdəyişənli funksiyaların inteqral hesabı” dərs vəsaiti (Kələşov Q.T., Məmmədov M.N.)
  4. “Riyazi fizika tənlikləri” dərs vəsaiti (Mütəllimov Ş.M., Mustafayev S.M., Məmmədov M.N.)
  5. “Xətti proqramlaşdırma” tədris metodik vəsait (Kələşov Q.T., Rəsulov M.B., Məmmədov M.N.)
  6. “Sıralar” dərs vəsaiti (Kələşov Q.T., Kələşova N.H.)
  7. Abdullayevin V.Ş., Mustafayeva N.Ə. “Riyazi analiz kursundan məsələ və misallar”. Dərs vəsaiti. Mingəçevir, 2018. səh. 512.

6. Kafedra əməkdaşları haqqında məlumat

1

Mustafayev Sahib Mustafa

dosent, f.r.f.d., Kafedra müdiri

2

Kələşov Qəhrəman Tapdıq

dosent, f.r.f.d.

3

Rəsulov Mehman Bulud

dosent, f.r.f.d.

4

Hümbətov Müsəllim Mövsüm

dosent, p.e.n.

5

İsmayılova Məlahət Fərrux

dosent, r.f.d.

6

Bağırov Rizvan Yusif

dosent, f.r.f.d.

7

Abbasov Nizami Yusif

dosent, f.r.f.d.

8

Məmmədov Məhəmməd Nazim

baş müəllim

9

Əhmədov Vilayət Uğurlu

baş müəllim

10

Abdullayev Vaqif Şəmsəddin

baş müəllim

11

Babuşov Sabir Nəriman

baş müəllim

12

Kələşova Natəvan Həmdiyyə

baş müəllim

13

İsmayılova Sevda Camal

baş müəllim

14

Allahverdiyeva Səriyyə İnqilab

müəllim

15

Babayev Rövşən Fərrux

müəllim

16

Məmmədova İradə Əli

müəllim

17

Məmmədova Məhbarə Səməd

müəllim

18

Aşurova Ülviyyə Akif

laborant

19

Osmanova Gülnigar Saleh

laborant