İqtisadİyyat kafedrası

1. Kafedranın yaranması və fəaliyyət dövrü

“İqtisadiyyat” kafedrasının formalaşması Mingəçevir Politexnik İnstitutunun formalaşması tarixinə uyğun olaraq müəyyən mərhələlərlə inkişaf edərək müasir vəziyyətini almışdır. Sərbəst ixtisas kafedrası kimi ilk dəfə “İctimai fənlər” kafedrasından ayrılaraq “İqtisadi nəzəriyyə” kafedrası kimi formalaşmışdır. Sonradan “İstehsalın təşkili” ixtisasının “İqtisadi nəzəriyyə” kafedrasına təhkim edilməsi ilə əlaqədar olaraq kafedranın bazası əsasında “İqtisadi nəzəriyyə və istehsalın təşkili” kafedrası yaradılmışdır. Növbəti islahatlar zamanı “İqtisadiyyatın tənzimlənməsi” ixtisası qeyd edilən kafedraya təhkim edilməklə kafedranın adı “Ümumi iqtisadiyyat” olmuşdur. İxtisaslaşmanın və islahatların növbəti mərhələsi kimi İnstitut Elmi Şurasının 28 fevral 2006-cı il tarixli qərarı ilə “Ümumi iqtisadiyyat” kafedrasının bazası əsasında “İqtisadiyyatın tənzimlənməsi” ixtisas kafedrası yaradılmışdır.

Mingəçevir Politexnik İnstitutunun Elmi Şurasının 15 sentyabr 2010-cu il tarixli qərarı və rektorun 15.09.2010-cu il tarixli 97 saylı əmri ilə təhsil sahəsində aparılan növbəti islahatların və ixtisasların təsnifləşdirilməsinin tələblərinə uyğun olaraq “İqtisadiyyatın tənzimlənməsi” kafedrası ləğv edilərək, onun bazasında “İqtisadiyyat” ixtisas kafedrası yaradılmışdır.

“İqtisadiyyat” kafedrası öz işini “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu, “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydalarının təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 117 nömrəli, 24 iyun 2010-cu il tarixli Qərarının və digər qanunvericilik aktlarının, o cümlədən AR Təhsil Nazirliyinin 595 saylı 01.10.1994-cü il tarixli əmri ilə təsdiq edilmiş” Ali məktəblərin kafedraları haqqında müvəqqəti Əsasnaməyə uyğun olaraq həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaradılması ilə əlaqədar olaraq, yenidən formalaşan “İqtisadiyyat” kafedrası, universitetin rektorunun müvafiq əmri ilə fəaliyyətini davam etdirir.

İxtisas kafedrası olaraq Ali ixtisas təhsilinin Dövlət Standartlarının tələblərinə uyğun olaraq 050402 “Mühasibat uçotu və audit”, 050403 “Maliyyə”, 050404 “İqtisadiyyat”, 050810 “Turizm və otelçilik” ixtisasları üçün bakalavr təhsil səviyyəsi üzrə, 060404 “İqtisadiyyat” ixtisası üçün magistratura təhsil səviyyəsi üzrə kadrların hazırlanmasını yerinə yetirir. İxtisas kafedrasının tərkibində əyani təhsil forması üzrə 17 qrup, qiyabi təhsil forması üzrə I-V kurslarda 7 qrup olmaqla cəmi 24 qrupda bakalavr təhsil səviyyəsi üzrə, 2 qrupda isə magistratura təhsil səviyyəsi üzrə tədris işinin təşkili həyata keçirilir. Tədrisin təşkili Dövlət  Standartlarının tələblərinə uyğun olaraq müvafiq qaydada tərtib olunmuş və universitetin rektoru tərəfindən təsdiq olunmuş Tədris Planına uyğun olaraq aparılır. Tədris Planlarında Dövlət Standartlarının və Kredit Sistemi haqqında mövcud Əsasnamənin bütün tələbləri öz əksini tapmışdır. Yarandığı gündən kafedraya i.e.d., professor V.S.Əyyubov rəhbərlik etmişdir. Universitetin yaranması ilə əlaqədar olaraq rəhbərlik tərəfindən struktur dəyişikliyi edilmiş, gənc kadrlara etimad göstərilərək irəli çəkilmiş i.f.d., dosent Cəmilə Qəzənfər qızı Musayeva kafedra müdiri təyin edilmişdir.

Kafedra Mingəçevir Dövlət Universitetinin və «İqtisadiyyat və idarəetmə» fakültəsinin əsas tədris-elmi struktur bölməsi kimi öz fəaliyyətini əsasən aşağıdakı istiqamətlər üzrə aparır:

- “Mühasibat uçotu və audit”, “Maliyyə”, “İqtisadiyyat”, “Turizm və otelçilik” ixtisasları üzrə əyani və qiyabi təhsil forması üzrə bakalavr və əyani təhsil forması üzrə magistr hazırlığının təşkili;

- ixtisas və təhsil pilləsi üzrə mövcud normativ hüquqi sənədlərə uyğun tədris planlarının tərtibi, müzakirəsi və təsdiq etdirilməsinin təşkili;

- mövcud təhsil formaları üzrə tədris planlarında nəzərdə tutulmuş mühazirə, məşğələ və sərbəst işlərin lazımi səviyyədə aparılması;

- elmi-tədqiqat işlərinin aparılması, dərslik və dərs vəsaitlərinin, elmi məqalələrin buraxılmasına rəhbərlik edilməsi;

- kurs işi və buraxılış işinə, istehsalat təcrübələrinə rəhbərlik edilməsi;

- imtahanların keçirilməsi;

- kafedrada tədris edilən fənlər üzrə fənn proqramlarının və sillabusların hazırlanması;

- kafedra əməkdaşlarının fərdi planlarının hazırlanması və həyata keçirilməsi;

- gənc müəllimlərə pedoqoji təcrübə toplamaqda köməklik göstərilməsi;

- tələbələr arasında elmə marağın artırılması və s.

Kafedraya mövcud qaydalar əsasında seçilmiş, hazırda isə yeni təlimatlara uyğun olaraq rektor tərəfindən təyin olunmuş kafedra müdiri rəhbərlik edir. Prinsipial xarakterli məsələlər, elmi-metodiki, tədris-pedoqoji, təşkilati, ictimai-kütləvi tədbirlər kollegial sürətdə, kafedranın ümumi iclaslarında, mövcud qaydada təsdiq olunmuş iş planına uyğun olaraq müzakirə edilərək qərar qəbul olunur.

Kafedranın dərs yükünü “Mühasibat uçotu və audit”, “Maliyyə”, “İqtisadiyyat”, “Sənayenin təşkili və idarə olunması”, “Menecment”, “Marketinq”, “Biznesin idarə edilməsi”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Turizm və otelçilik” ixtisasları üzrə tədris olunan iqtisad yönümlü fənlər təşkil edir.

Kafedranın əməkdaşlarından 6 nəfəri AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarında və respublikanın aparıcı alitəhsil müəssələrində doktorant və dissertant kimi elmi-tədqiqat işlərini davam etdirirlər.

Kafedrada 2016-2020-ci illər üçün “Davamlı iqtisadi inkişafın təmin edilməsində makroiqtisadi tənzimlənmənin problemləri” elmi-tədqiqat işinin problemlərinin araşdırılması planlaşdırılmışdır.

 

2. Rəhbərlik (kafedra müdiri haqqında qısa məlumat) 

Musayeva Cəmilə Qəzənfər qızı 5 sentyabr 1979-cu ildə Mingəçevir şəhərində anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin “İqtisadi kibernetika” ixtisasına qəbul olub.

2002-ci ildə İqtisadiyyat istiqamətinin “İqtisadi kibernetika” ixtisaslaşması üzrə magistr dərəcəsi alıb.

2002-ci ildə “Azinvestbank” KB “Pərvanə” filialında kreditləşmə üzrə mütəxəssis vəzifəsində işləyib. 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında müəllim vəzifəsində çalışıb.

2007-ci ildə AMEA-nın Kibernetika İnstitutunun dissertantura şöbəsinə qəbul olub. 2013-cü ildə 5302.01 Ekonometriya şifrəsi üzrə dissertasiya işini müdafiə edərək, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2014-2015-cш illərdə Mingəçevir Politexnik İnstitutunun “İqtisadiyyat” kafedrasında baş müəllim vəzifəsində işləyib.

Mingəçevir Dövlət Universitetin yaranması ilə əlaqədar olaraq rəhbərlik tərəfindən struktur dəyişikliyi edilmiş, gənc kadrlara etimad göstərilərək irəli çəkilmiş 2015-ci ildə i.f.d., dosent Cəmilə Qəzənfər qızı Musayeva kafedra müdiri təyin edilmişdir.

C.Q.Musayeva 1 dərs vəsaiti, 2 metodik göstəri, 17 elmi məqalənin müəllifidir.

Ailəlidir, iki övladı var.

1. Роль эффективное управление нефтяных доходов в экономическом развитии Азербайджана. «Актуальные проблемы экономики и совершенствования правового регулирования в экономике», Международная академия финансовых технологий, Статьи и тезисы докладов 2-я Международной научно-практической конференции, Часть 2, Пятигорск 2009, c.92-98

2. Эконометрическая оценка влияния прибыли в нефтяном секторе экономики на развитие других секторов. «Экономист», Украина, 2010 № 5, c.49-51

3. Neft sektorunda əlavə dəyərin əsas fondlardan və məşğullardan asılılığının Kobb-Duqlas istehsal funksiyası ilə qiymətləndirilməsi. AMEA-nın Xəbərləri, İqtisadiyyat elmləri seriyası, Bakı, 2011, s. 45-49

4. Azərbaycanın neft sərvəti və neft müqavilələrinin iqtisadi əhəmiyyəti. AMEA-nın Xəbərləri, İqtisadiyyat elmləri seriyası, Bakı, 2012, № 4, s. 81-86

5. Neft gəlirlərinin müasir vəziyyətinin təhlili və qiymətləndirilməsi. AMEA-nın Elmi Əsərləri, III Buraxılış, Bakı 2013, № 3, s. 382-386

6. Xarici investisiyaların ümumi daxili məhsula təsirinin ekonometrik qiymətləndirilməsi.  “Kooperasiya” elmi-praktik jurnal, № 2(37),  Bakı 2015, s. 116-121

 

3. İxtisas haqqında 

050402 “Mühasibat uçotu və audit”, 050403 “Maliyyə”, 050404 “İqtisadiyyat”, 050810 “Turizm və otelçilik” ixtisasları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il 08 saylı qərarı ilə “Ali və orta ixtisas təhsil istiqamətlərinin və ixtisaslarının siyahısı”nda yer almış ixtisaslardandır.

“İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsili bütövlükdə milli iqtisadiyyatın bütün sahələrinin –sənaye, ASK və xidmət sektorunun inkişafı, idarə edilməsi, tənzimlənməsinin nəzəri-metodoloji, iqtisadi-hüquqi əsaslarını dərindən mənimsəyən və bu sahədə zəruri biliklərə, idarəetmə qabiliyyətinə malik, yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasını nəzərdə tutur.

“Mühasibat uçotu və audit”, “Maliyyə”, “İqtisadiyyat”, “Turizm və otelçilik” geniş profilli iqtisadyönümlü ixtisaslar olmaqla bakalavrlara milli iqtisadiyyatın bütün səviyyələrində, o cümlədən ölkənin iqtisadi siyasətini həyata keçirən və iqtisadi bloka daxil olan bütün dövlət strukturlarında, iqtisadiyyatın tənzimlənməsi və idarə edilməsi ilə məşğul olan qeyri-dövlət sektorunda, istehsal və xidmət sahəsində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda, orta-ixtisas təhsil müəssisələrində öz ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq, magistraturada təhsil almaq hüququ verir.  

2016/2017-ci tədris ilindən universitetə yeni tələbə qəbulu ilə əlaqədar “İqtisadiyyat” kafedranın tabeliyində 4 ixtisas fəaliyyət göstərməyə başlamışdır:

050402 Mühasibat uşotu və audit

050403 Maliyyə

050404 İqtisadiyyat

050810 Turizm və otelçilik

Kafedrada bakalavr pilləsi ilə yanaşı 2017/2018-ci tədris ilindən magistr təhsil pilləsində 060404 “İqtisadiyyat” ixtisası üzrə Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş qeyd olunan ixtisas da fəaliyyət göstərir.

 

4. Tədris olunan fənlər 

“İqtisadiyyat” kafedrasında “Mühasibat uçotu və audit”, “Maliyyə”, “İqtisadiyyat”, “Sənayenin təşkili və idarə olunması”, “Menecment”, “Marketinq”, “Biznesin idarə olunması”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Turizm və otelçilik” ixtisaslarında aşağıdakı fənlərin tədrisi həyata keçirilir:

s/s

Bakalavriat səviyyəsi üzrə:

1

İqtisadiyyata giriş

2

İqtisadi fikir tarixi

3

İqtisadiyyat

4

Mikroiqtisadiyyat

5

Makroiqtisadiyyat

6

Dünya iqtisadiyyatı

7

Azərbaycan iqtisadiyyatı

8

Mühasibat uçotu

9

Audit

10

Mühasibat və mühasibat məsələləri

11

Maliyyə

12

Maliyyə nəzəriyyəsi

13

Müəssisənin maliyyəsi

14

Maliyyə uçotu

15

Maliyyə hesabatlarının beynəlxalq standartları

16

Maliyyə təhlili

17

Maliyyə bazarları

18

Maliyyə və investisiyalar

19

Büdcə təşkilatlarının maliyyəsi

20

Milli hesablar sistemi

21

İdarəetmə təhlili

22

İdarəetmə uçotu

23

Ekonometrika

24

Bank işi

25

Pul və bnklar

26

Vergilər və vergitutma

27

Vergi inzibatçılığı

28

Büdcə və xəzinə uçotu

29

Azərbaycan Respublikasının büdcə sistemi

30

Sosial sahələrin iqtisadiyyatı

31

Aqrar iqtisadiyyat

32

Qiymət və qiymətləndirmə

33

İqtisadi hüquq

34

İnzibati hüquq

35

İqtisadiyyatın tənzimlənməsi

36

Gəlir və əməkhaqqı siyasəti

37

Gömrük işi

38

Sığorta işi

39

Sığorta işinin təşkili

40

Milli iqtisadiyyatın inkişafının tənzimlənməsi

41

İnvestisiya və innovasiya proseslərinin dövlət tənzimlənməsi

42

Regionların sosial-iqtisadi inkişafının tənzimlənməsi

43

Dövlətin iqtisadi siyasəti

44

Turizmin iqtisadiyyatı

45

Turizmin əsasları

46

Beynəlxalq turizmin əsasları

47

Servis fəaliyyəti

48

Səyyahət agentlikləri və turoperatorluq

49

Bronlaşdırma sistemləri

50

Destinasiya menecmenti

51

Azərbaycanın turizm ehtiyatları

52

Regional turizm inkişafının tənzimlənməsi

53

Turizm fəaliyyətinin hüquqi əsasları

54

Dünya turizm bazarı

55

Beynəlxalq turizm coğrafiyası

56

Ekoloji turizm

57

Azərbaycanın sosial-iqtisadi coğrafiyası

58

Beynəlxalq iqtisadi münasibətlər

s/s

Magistratura səviyyəsi üzrə:

1

Ekonometrika

2

Ali mikroiqtisadiyyat

3

Ali Makroiqtisadiyyat

4

Dövlətin regional siyasəti

5

Dövlətin iqtisadi siyasətinin strateji istiqamətləri

6

İqtisadi proseslərin modelləşdirilməsi

7

İqtisadi təlimlər tarixinin təkamülü

8

İqtisadi hüququn əsasları

9

İdarəetmə uçotu

10

İqtisad elminin müasir problemləri

11

Dünya təsərrüfatına inteqrasiyanın dövlət tənzimlənməsi

12

İqtisadi inkişaf və iqtisadi artım

13

Tədqiqat metodları

14

Milli iqtisadiyyatın inkişaf problemləri

 

5. Çap olunmuş vəsaitlər haqqında (dərslik, dərs vəsaiti)

Son illərdə kafedra əməkdaşları tərəfindən bir neşə dərs vəsaiti və metodik vəsaitlər buraxılmışdır. O cümlədən:

1. O.M.Səmədova İqtisadiyyata giriş. Dərs vəsaiti. Mingəçevir, 2018. səh. 376.

C.Q. Musayeva,  A.M.Tağıyev Azərbaycan iqtisadiyyatı. Dərs vəsaiti. Bakı, Avropa nəşriyyatı, 2018. səh. 432.

2. V.S. Əyyubov “Büdcə və vergi sistemi”. Monoqrafiya. Bakı. Elm. 2004, 244s.

O.M.Səmədova “İqtisadiyyatın dövlət tənzimlənməsi”. Qiyabi təhsil alanlar üçün metodik vəsait. Mingəçevir, 2003, 33s.

3. V.S.Əyyubov, O.M.Səmədova, A.M.Tağıyev “Milli iqtisadiyyatın inkişafının əsasları” metodik vəsait. Mingəçevir 2004, 51s.

4. V.S.Əyyubov, O.M.Səmədova, A.M.Tağıyev “Vergi siyasəti və investisiyaların dövlət tənzimlənməsi”. Metodik vəsait. Mingəçevir, 2005, 35s.

5. V.S.Əyyubov, F.Ə.Məmmədov, R.R.Əliyev Regional idarəetmə. Ali məktəblər üçün dərs vəsaiti. Gəncə-Mingəçevir “Avropa” nəşriyyatı, 2013, 204s.

6. V.S.Əyyubov, A.M.Tağıyev “Milli iqtisadiyyatın tənzimlənməsi”. Ali məktəblər üçün dərs vəsaiti. Bakı, “Avropa” nəşriyyatı, 2014, 350s.

Kafedra əməkdaşları tərəfindən mütəmadi olaraq hər il respublikanın və xarici ölkələrin mətbuat məcmuələrində 15-20 sayda elmi məqalələri çap olunur.

 

6. Kafedra əməkdaşları haqqında məlumat

1

Musayeva Cəmilə Qəzənfər qızı

dosent, i.f.d., Kafedra müdiri

2

Əyyubov Veysəl Seyfəl oğlu

professor, i.e.d.

3

Məmmədov Fizuli Əziz oğlu

professor, i.e.d.

4

Səmədova Ofeliya Müzəffər qızı

dosent, i.f.d.

5

Qədimli Nüşabə Astan qızı

dosent, i.f.d., “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı

6

Qasımov Asəf Məhərrəm oğlu

dosent, i.f.d.

7

Hüseynov Mehman Məzahir oğlu

dosent, i.f.d.

8

Qasımov Cəlal Camal oğlu

dosent, i.f.d.

9

Tağıyev Arif Məmmədhəsən oğlu

baş müəllim

10

Şəfaqətov Günəş Musa oğlu

baş müəllim

11

Niftəliyev Nazim Fazil oğlu

baş müəllim, “İqtisadiyyat və idarəetmə” fakultəsinin dekan müavini

12

Kərimova Mehriban Allahverən qızı

baş müəllim

13

Rəhimova Məlahət Firqət qızı

baş müəllim

14

Səfərov Nazim Vəli oğlu

müəllim

15

Məmmədli Vüqar Əhməd oğlu

müəllim

16

Nadirova Aytən İlham qızı

müəllim

17

Xəlilova Elmira Elbrus qızı

müəllim

18

Bağırov Cəlil Arif oğlu

müəllim

19

Quliyeva Şəfa Teyyub qızı

müəllim

20

Məmmədli Yeganə Zakir qızı

müəllim

21

Xəlilov Xəlil Ramiz oğlu

müəllim, “İqtisadiyyat və idarəetmə” fakultəsinin dekan müavini

22

Qocayeva Aysel Möhrəddin qızı

müəllim

23

Əhmədov Akif Kamran oğlu

müəllim

24

Musayev Ələsvər Nağıdalı oğlu

müəllim

25

Nəbiyeva Nərgiz Ehtibar qızı

müəllim

26

Yusibova Səadət Əfqan qızı

laborant

27

Şahmərdanov İbrahim Şamil oğlu

laborant