Magistratura və doktorantlarla iş şöbəsi

Magistratura

Tarixi və təyinatı

Mingəçevir Dövlət Universitetində magistr hazırlığı onun sələfi olan Mingəçevir Politexnik İnstitutunun (MPI) dövründən, 2001-ci ildən başlanılmışdır. Qeyd olunan dövrdə magistr hazırlığı ixtisas kafedraları tərəfindən həyata keçirilirdi. Azərbaycan Respublikası Prezidentinin 24.07.2015-ci il tarixli müvafiq sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılması ilə əlaqədar olaraq ali təhsil müəssisəsində bir sıra strukturlar yenidən formalaşdı və ya yenidən yaradıldı. 2016-cı ildə magistr hazırlığını daha da təkmilləşdirmək, həmçinin müasir dövrün  kəskin rəqabəti şəraitində hərtərəfli biliklərə yiyələnmiş və ölkə iqtisadiyyatının müxtəlif sahələrində aparılan islahatları həyata kecirə biləcək kadrlara olan tələblərə cavab verə bilən yüksək ixtisaslı mütəxəssislərin hazırlanması prosesinin gücləndirilməsi, magistratura təhsilinin Avropa kredit sisteminə inteqrasiyasının sürətləndirilməsi məqsədilə universitet rəhbərliyinin əmri ilə Doktorantura və Magistratura sektoru yaradıldı. Bu gün iqtisadiyyatın müxtəlif sahələri üzrə magistr dərəcəli kadrlar hazırlayan və elmi araşdırmalar həyata keçirən Doktorantura və Magistratura sektorunda 49 magistr təhsil alır.

Dissertasiya işinin yerinə yetirilməsi

Magistrlər, təhsil prosesi ilə paralel olaraq, ilk semestrdən başlayaraq, universitetin və respublikanın ən təcrübəli alim və ya mütəxəssislərinin elmi rəhbərliyi altında ixtisas kafedraları  tərəfindən dissertasiya işi üzərində işləyir və dördüncü semestrin sonunda ixtisaslaşdırılmış elmi şuralarda müdafiə etdikdən sonra magistr dərəcəsi almağa layiq görülürlər.

Qəbul qaydaları

Universitetin Doktorantura və Magistratura sektoruna qəbul Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır və qəbul qaydaları hər il adı çəkilən qurum tərəfindən nəşr olunan “Magistr” jurnalında yerləşdirilir. Müəyyən olunan qaydalara əsasən magistr pilləsində təhsil almaq istəyən məzun bakalavrlar I mərhələdə xarici dil, məntiq, informatika fənlərindən; II mərhələdə isə ixtisas fənnindən test üsulu ilə imtahan verirlər.

Qeydiyyat və yenidən qeydiyyat

Qəbul imtahanlarını uğurla başa vurub universitetimizin magistraturasında təhsil almaq hüququ qazanmış magistrantlar, Dövlət İmtahan Mərkəzinin elan etdiyi müddət ərzində universitetdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı universitetin tələb etdiyi sənədləri Sənədlərin qəbulu komissiyasına təqdim etməlidirlər. Magistraturaya qəbul hərbi xidmətdən möhlət hüququ verir. Könüllülük əsasında hərbi xidmət keçmək istəyənlər təhsillərini 1 illik akademik məzuniyyət götürməli, hərbi xidmətə getdikdən sonra müvafiq arayışı sektora göndərməlidirlər. Bu arayış əsasında həmin magistrlərə hərbi xidmətdə olacaqları müddət ərzində akademik möhlət verilir. Hərbi xidmətdən qayıtdıqdan sonra magistrlər həqiqi hərbi xidməti başa vurması ilə bağlı müvafiq sənədləri (hərbi xidməti başa vurmaq haqqında arayışı – hərbi bileti) təqdim edərək yenidən magistrantlar sırasına bərpa edilirlər.

          f.f.d., dosent Vəfa Məhərrəmova- şöbə müdiri
          Günel Kərimli- böyük mütəxəssis
e_mail:            Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
tel:                  0513892202