Kitabxana

Kitabxana  Mingəçevir Dövlət Universitetinin aparıcı struktur bölmələrindən biri olub, təlim-tərbiyə və elmi tədqiqat prosesini tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən və bilikləri təbliğ edən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzidir.

Mingəçevir Dövlət Universiteti 2015-ci ildən yaradılsada sələfi olan və 1991-2015-ci illərdə fəaliyyət göstərən Mingəçevir Politexnik İnstitutunun strukturunda önəmli yeri olan kitabxana işini davam etdirir. Tələbələrin və professor-müəllim heyətinin mədəni və mənəvi mərkəzi olan Elmi kitabxana həm respublika ali məktəb kitabxanaları ilə, həm də bir sıra universitet və beynəlxalq nəşriyyat ilə informasiya mübadiləsi aparır.

Kitabxanada aşağıdakı şöbələr fəaliyyət göstərir:

  • Xidmət şöbəsi;
  • Komplektləşdirmə və kataloq şöbəsi;
  • Biblioqrafiya şöbəsi;
  • Oxu zalı.

Əsaslı kitabxana ilə yanaşı 1 saylı tədris binasında geniş oxu zalı, 2-ci tədris binasında zəngin fondu olan kitabxana və oxu zalı fəaliyyət göstərir.

Hazırda ümumi sayı 19926-ya yaxın olan kitab, kitabça (broşür), jurnal, qəzet, tədris proqramı, dissertasiya, avtoreferat, mikrofilm və digər təhsil-informasiya resurslarına sahib olan zəngin kitabxana geniş oxucu kütləsinə, ölkəmizdə iqtisadiyyat, pedaqoji və mühəndislik yönümlü mənbələr sahəsində nəinki universitetdaxili istifadəçilərin, həmçinin kənar istifadəçilərin də müraciət etdiyi əsas mərkəzlərdən birinə çevrilmişdir.

Kitabxana şəbəkəsində Azərbaycan, rus, türk və ingilis dillərində kifayət qədər kitablar əldə etmək mümkündür. Kitabxana hər il yeni nəşr olunmuş monoqrafiya, dərslik, dərs vəsaitləri, metodik göstərişlər hesabına fondunu zənginləşdirir, mütəmadi olaraq oxucuları dövri mətbuatla təmin edir. Vaxtı ötmüş, zamanın tələblərinə cavab verməyən kitablar mütəmadi olaraq yeniləri ilə əvəz olunur.

Bununla yanaşı, universitetimizdə Elektron kitabxana da fəaliyyət göstərir ki, bunlar da müəllim və tələbələrimiz üçün geniş akademik və praktiki xarakterli informasiya resurslarına çıxış imkanları yaradır. Tam şəkildə kompyuterlə təchiz olunmuş elektron kitabxanada elektron kataloq sistemi, internet resurslarına sərbəst çıxış, daxili informasiya bazasında olan elektron kitabları birbaşa kompyuterdə oxumaq imkanları mövcuddur.

Məqsədi

  • Azərbaycan Respublikası Konstitusiyasını, “Azərbaycan Respublikasının Təhsil haqqıında” Qanunu, “Kitabxana işi haqqında” Qanunu, dövlət və hökumət sənədlərini, Təhsil Nazirliyinin əmr, sərəncam və normativ sənədlərini, MDU-nun əmr və sərəncamlarını və həmçinin, Kitabxananın Əsasnaməsini rəhbər tutaraq fəaliyyət göstərmək;
  • Tələbə, bakalavr, magistr, dissertant, doktorant, elmi işçi, professor-müəllim, mühəndis-texniki heyətə və universitetin digər kateqoriyadan olan oxucularının informasiya tələbatına və sorğusuna uyğun şəkildə kitabxana, məlumat-biblioqrafiya xidməti göstərmək;
  • Universitetin profilinə və oxucuların informasiya tələbatına uyğun kitabxana fondunu formalaşdırmaq, ənənəvi çap məhsulu ilə yanaşı informasiya texnologiyasına keçmək, məlumat-biblioqrafiya aparatını yaratmaq və təkmilləşdirmək;
  • İnformasiya mədəniyyətini tərbiyə etməklə bərabər, oxuculara kitabxananın məlumat-sorğu aparatından və yeni informasiya texnologiyasından istifadə etmək bacarığını aşılamaq;
  • Universitetin kafedraları, elmi ictimaiyyət və ictimai təşkilatlarla kitabxananın fəaliyyətini əlaqələndirmək;
  • Kitabxana işlərində müasir texniki vasitələrdən istifadə etməklə, məlumat-biblioqrafiya və informasiya prosesini mexanikləşdirmək, avtomatlaşdırmaq və kompyüterləşdirməklə kitabxana xidmətinin formalarını genişləndirmək və təsərrüfat hesablı elementləri tətbiq etməklə kitabxananın maddi-texniki bazasını möhkəmləndirmək;
  • Oxuculara vətənpərvərlik hissləri tərbiyə etmək, kitabxanaları humanistləşdirmək, ümumbəşəri dəyərlərlə istiqamətləndirmək, fondlarda toplanmış elmi, mədəni, mənəvi irsi təbliğ etmək və açıqlamaq, oxucuların informasiya tələbatını ədəbiyyatla təmin etmək;
  • Ali məktəbin profilinə və oxucularınin formasiya fəaliyyətinə uyğun kitabxana fondunu formalaşdırmaq ənənəvi çap məhsulu ilə yanaşı yeni informasiya texnologiyalarına keçmək, məlumat-biblioqrafiya aparatını yaratmaq və təkmilləşdirmək;
  • İnformasiya mədəniyyətini tərbiyə etməklə bərabər oxuculara kitabxananın məlumat-sorğu aparatından və yeni informasiya texnologiyasından istifadə etmək bacarığını aşılamaq;
  • Yeni texnologiya rejimindəişləmək üçün kadrların ixtisasını təmin edən proqram işləyib hazırlamaq və həyata keçirmək;
  • Kitabxana xidmətini hərtərəfli demokratikləşdirmək;
  • Oxuculara əsas kitabxana xidmətini pulsuz təmin etmək;
  • Kitabxanalararası abonement və beynəlxalq abonement vasitəsilə kitabxanaların fondlarından qarşılıqlı surətdə istifadə etmək;
  • Kitabxana fondu müvafiq qaydada tədris edilir və onların uçotu, qorunması, bərpası və sanitariya-gigyena normalarınauyğun mühafizəsini şkil etmək.

Hüquqları

  • Kitabxana və informasiya işi ilə əlaqədar elmi konfranslarda, serminarlarda, yığıncaqlarda təmsil etmək;
  • Kitabxananın saxlanması xərcləri ali məktəbin ümumi smetasında nəzərə alınmalıdır;
  • Ali məktəbin kitabxanasının yerləşdiyi yer toxunulmazdır;
  • Kitabxananın müdiri və işçiləri mövcud qanunvericiliyə uyğun olaraq, kitabxana fondunun mühafizəsi üçün məsuliyyət daşıyır.

Hazırda elmi kitabxanada 5 əməkdaş fəaliyyət göstəriri:

Baxşiyeva Günel Səfər – müdir

Həsənova Rəqsanə Mirbala - kitabxanaçı

Hüseynova Elya Yəhya - kitabxanaçı

Xudatova Elnarə Raqif – kitabxanaçı

Məmmədova Türkanə İlyas - kitabxanaçı