İctimaiyyətlə əlaqələr şöbəsi

 

Mingəçevir Dövlət Universitetinin Mətbuat xidməti 2015-ci ildən fəaliyyət göstərir. Mətbuat xidməti Universitetdə tədris prosesinin, ictimai həyatın, həyata keçirilən elmi, mədəni, idman və digər kütləvi tədbirlərin işıqlandırılması, ictimaiyyətlə əlaqəni təmin etmək məqsədilə yaradılmışdır.

I. Ümumi anlayış

1. Mətbuat xidməti rəhbəri universitet rektoru tərəfindən təyin edilir və azad olunur.

2. Mətbuat xidməti rəhbəri öz fəaliyyətində aşağıdakıları rəhbər tutur:

- mövcud qanunvericilikləri;

- universitetin nizamnaməsini;

- hazırki vəzifə təlimatını.

3. Mətbuat xidməti rəhbəri aşağıdakıları bilməlidir:

- dövlət idarəçiliyi və yerli özünüidarəetmə məsələlərini tənzimləyən normativ sənədləri, kütləvi informasiya vasitələrinin fəaliyyətini;

- işdə qəbul edilmiş etik normaları;

- kargüzarlığı;

- əməyin mühafizəsi və yanğına qarşı müdafiə qaydaları və normalarını.

4. Mətbuat xidməti rəhbəri kompüterdə işləmək, informasiya toplamaq, təhlil və emal etmək vərdişlərinə malik olmalı, hüquqi biliklərə yiyələnməli və ədəbi dili mükəmməl bilməlidir.

5. Mətbuat xidməti rəhbəri vəzifəsinə təyin olunan şəxs:

- ali ixtisas təhsilli və ixtisası üzrə azı üç il iş stajına malik olmalıdır.

6. Mətbuat xidməti rəhbəri universitetin rektoruna, o olmadıqda isə müvafiq prorektora tabedir.

II. Vəzifə borcu

1. Rəhbərliyin iştirakı ilə mətbuat konfransları, brifinq, “dəyirmi masa” təşkiletmə və keçirmə, həmçinin, ölkənin digər bölgələrinə və xarici ölkələrə gedən rəsmi nümayəndə heyətini müşayət etmək.

2. Universitetin fəaliyyəti, onun rəhbərliyi və struktur bölmələri haqqında materialın hazırlanmasında kütləvi informasiya vasitələrinə metodiki və təşkilati kömək göstərmək.

3. İnformasiya materialının (məqalə, xüsusi proqram və vəzifələr) nəşrini təşkil etmək və yaradılmasında iştirak etmək.

4. Kütləvi informasiya vasitələrində rəhbərliyin müsahibəsini, canlı yayımı, çıxışını hazırlamaq.

5. Rəhbərlik və universitetin imici haqqında müsbət rəyi dəstəkləmək və müvafiq ictimai rəyi formalaşdırmaq.

6. Univesitetin fəaliyyəti haqqında informasiya agentliklərinin, şəhər və rayon kütləvi informasiya vasitələrinin materiallarının toplanması və təhlilini operativ şəkildə təşkil etmək.

7. Universitet və onun struktur bölmələrinin fəaliyyəti ilə bağlı tədbirlər və olaylar haqqında press-relizlərin vaxtlı-vaxtında hazırlanması.

8. Universitetin ünvanına daxil olan bütün məsələlərlə bağlı cavabların yığılması və müəssisənin saytında yerləşdirilməsi.

III. Hüquqları

Mətbuat xidməti rəhbərinin aşağıdakı hüquqları vardır:

1. Vəzifə borcunun yerinə yetirilməsi ilə bağlı universitetin bütün struktur bölmələrinin rəhbərlərindən müəyyən edilmiş qaydada məlumat və sənədləri tələb etmək və almaq.

2. Universitet rəhbərliyinin göstərişi ilə təhsil ocağı və onun struktur bölmələrində keçirilən bütün tədbirlərdə, elmi şura, müşavirə və iclaslarda iştirak etmək.

3. Kütləvi informasiya vasitələrinin nümayəndələrini, dövlət və qeyri-dövlət təşkilat və müəssisələrin mütəxəssislərini müəyyən edilmiş qaydada işə cəlb etmək.

4. Universitet və onun struktur bölmələri ilə bağlı fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilmiş təkiliflər irəli sürmək.

5. Universitet rəhbərliyi qarşısında təhsil ocağının struktur bölmə və şöbə rəhbərlərinin və mütəxəssislərinin mükafatlandırılması, o cümlədən onlara qarşı inzibati qaydada tədbirlərin görülməsi məsələlərini təklif etmək.

6. Mətbuat xidməti rəhbərinin nomenklaturasına daxil olan təhsil ocağının informasiya sisteminin səmərəliliyinin artması ilə bağlı təklif və məsələləri irəli sürmək.

7. Rayon və şəhərlərdəki qəzetlərdə, çoxtirajlı mətbu orqanlar üçün, radioda informasiya materiallarının təşkili, təcrübə mübadiləsi və ixtisasartırma məqsədilə xidməti ezamiyyətlərə getmək.

IV. Məsuliyyət

Mətbuat xidməti rəhbəri qanunvericiliklə nəzərdə tutulan aşağıdakı işlərə görə məsuliyyət daşıyır:

1. vəzifə borcunu yerinə yetirməmək və yaxud lazımi səviyyədə yerinə yetirmədiyi halda;

2. vətəndaşların qanuni maraqları və hüquqlarının pozulmasına səbəb olan hərəkətlər və ya hərəkətsizliyə görə.

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Facebook, Instagram, Linked in, Twitter, Youtube