Mingəçevir Dövlət Universitetinin əməkdaşı

KİV nümayəndələri ilə birgə seminarda

 

Avropa Birliyi və BMT İnkişaf Proqramının Azərbaycan ofisinin birgə həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender aspektini nəzərə almaqla icrasında vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı layihə çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspetləri ilə BMT İnkişaf Məqsədlərinin gender yönümlü implementasiyasına dəstək olmaq üçün regionda vətəndaş cəmiyyəti təşkilatlarının bilik və bacarıqlarının artırılması üzrə fəaliyyətləri həyata keçirir. Bu istiqamətdə kiçik miqyaslı təşəbbüslərə və tədqiqat işinin aparılmasına dəstək verməsi nəzərdə tutulub.

Məhz bu məqsədlə Mingəçevir şəhərəində fəaliyyət göstərən KİV nümayəndələri üçün Mingəçevir QHT Resurs və Təlim Mərkəzində “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin hədəf indekatorlarının media tərəfindən araşdırılması və işıqlandırılmasının metod və qaydaları” mövzusunda seminar keçirilib.

Layihə rəhbəri Gültəkin Rzayeva tədbir iştirakşılarını salamlayaraq tədbirin keçirilməsi barədə ətraflı məlumat verib.

Sonra layihənin eksperti, hüquqünas Zaur İbrahimli “Gender, gender bərabərliyi və Dayanıqlı İnkişaf Məqsədlərində gender məsələləri” və “Genderə dair hesabat və məqalələrin mediada işıqlandırılması, gender sahəsində jurnalist tədqiqatçılığı” mövzularında jurnalistlərə treninq keçib.

Seminarın sonunda “Jurnalistlər arasında keçiriləcək müsabiqə haqqında informasiya” sessiyasını layihə rəhbəri Gültəkin Rzayeva məlumat verib. Qeyd edib ki, jurnalistlər üçün məqalə müsabiqəsində yalnız hədəf regionlarda fəaliyyət göstərən KİV nümayəndələri iştirak edə bilər. O, müsabiqənin şərtləri və mövzularını seminar iştirakşılarının nəzərinə çatdırıb. Hədəf regionlara isə Mingəçevir, Şirvan, Quba-Xaçmaz olduğunu bildirib.

Sonra seminar iştirakşılarını maraqlandıran suallar ətraflı cavablandırılıb, müzakirələr aparılıb.

Seminarda Mingəçevir Dövlət Universitetini Mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyev təmsil edib.